Gələcəyin şəhəri sakinlərini qarşılamağa hazırlaşır
Dünyanın ilk "gələcəyin şəhəri" kimi təsvir edilən və Toyota tərəfindən inşa etdirilən "Woven City" Yaponiyanın Fuji dağının ətəyində ucalır. Hidrogen enerjisi, süni intellekt və qabaqcıl texnologiyalarla təchiz edilmiş bu qeyri-adi şəhər ilk sakinlərini qarşılamaq üçün artıq günləri sayır. 10 milyard dollara tikilən şəhərdə yaşayanların kirayə pulu ödəməyəcəyini bildirən şirkət, layihə çərçivəsində sabahın texnologiyalarını inkişaf etdirməyi hədəflədiklərini açıqlayıb.
Dünya şöhrətli Yaponiya avtomobil nəhəngi Toyota gələcək texnologiyaları yaratmaq üçün keçmiş avtomobil zavodunun yerində inşa edilən "Woven City"-nin birinci mərhələsinin tamamlandığını elan edib.
2020-ci ildə elan edilən və 2021-ci ildə inşasına başlanan layihə 10 milyard dollarlıq investisiya ilə həyata keçirilib.
Xatırladaq ki, şəhər hidrogen yanacaq elementləri ilə təchiz edilmiş, tam əlaqəli ekosistem innovasiya və davamlılıq məqsədləri nəzərə alınmaqla dizayn edilmişdir…
Oxuməni.az