Tbilisi meriyası 100 yaşa çatmış şəhər sakinlərinə 10 min lari verəcək

Tbilisi meriyası 100 yaşa çatmış şəhər sakinlərinə 10 min lari verəcək

15:32
Bəyəndim (1) Bəyənmədim (0)


Tbilisi meriyası 10 dəfə artıraraq , 100 yaşına çatmış paytaxt sakinlərinə 10.000 lari (təx.5965 manat.-red.) miqdarında birdəfəlik yardım verəcək , şəhər meri Kaxa Kaladze çərşənbə günü paytaxt hökumətinin iclasında bildirib. Bu barədə “Ngnewsgeorgia” məlumat yayıb.
Əvvəllər meriya 100 illiyi ilə bağlı min lari verirdi. Ötən il Tbilisidə 57 pensiyaçı belə bir hədiyyə alıb.
100 yaşına çatmış və son bir ildə paytaxtda qeydiyyatda olan Tbilisi sakinləri birdəfəlik müavinət almaq hüququna malikdirlər.
10 min lari iki illik pensiyaya bərabərdir. İndi 70 yaşdan yuxarı insanların pensiyası aylıq 450 lari (təx.269 manat.-red.) təşkil edir.
Almaz Həsənli