
ABŞ-da bir kişi lotereyada 110 min dollar udmazdan əvvəl peyğəmbərlik yuxusu görüb
ABŞ-da Şimali Karolinadan olan lotereya qalibi tiraj ərəfəsində cekpotu udmaq arzusunda olub. Bu barədə “UPI” yazır.
Stenlidən Robert Hoban bir dollara lotereya bileti alıb və qarşıdan gələn tirajı düşünərək yatmağa gedib. Ertəsi gün nəticələri yoxlayanda 110 min dollar (təx.187 min manat-red)) zənginləşdiyini aşkar edib.
“Ən maraqlısı odur ki, bir gün əvvəl qalib gələcəyimi xəyal edirdim. Bu, çox qəribədir, çünki mən hətta dəqiq məbləği yuxuda da görmüşdüm”, - deyə kişi öz peyğəmbərlik yuxusunu lotereya təşkilatçılarına danışıb.
Kişi etiraf edib ki, baş verənlərin şokunu ancaq ailənin onun qələbəsinə göstərdiyi inamsızlıqla müqayisə etmək olar. "Onlar zarafat etdiyimi düşünürdülər, çünki bunu etməyi sevirəm," – Hoban bildirib.
Almaz Həsənli