
Ötən ilin avqustunda 117 yaşında vəfat edib
Ötən ilin avqustunda 117 yaşında İspaniyada vəfat edən ABŞ əsilli Maria Branyas Moreranın uzun ömür sürməsi alimlərin diqqətini çəkib. Barselona Universitetinin genetik professoru Manel Esteller və onun komandası Moreranın DNT və mikrobiotası üzərində apardıqları araşdırmada onun hüceyrələrinin əslində olduğundan 17 yaş daha gənc fəaliyyət göstərdiyini aşkar etdilər.
Maria Branyas Morera 4 mart 1907-ci ildə San-Fransiskoda anadan olub. 1915-ci ildə ailəsi İspaniyaya qayıtdıqdan sonra o, Kataloniyada yaşayıb. Yaşadığı müddətdə o, İspaniya Vətəndaş Müharibəsi, İkinci Dünya Müharibəsi, 1918-ci il qrip pandemiyası və Covid-19 kimi böyük qlobal hadisələrin şahidi olub. 2020-ci ildə Covid-19-a yoluxsa da, xəstəlikdən asimptomatik olaraq xilas olub.
Mütəxəssislər hesab edirlər ki, super yüzilliklər üzərində aparılan bu araşdırma insan ömrünü uzatmağa yönəlmiş elmi araşdırmalara yeni perspektivlər verəcək.
Oxuməni.az