
Niyə eşşək südündən hazırlanan pule pendiri dünyanın ən bahalı pendirlərindən biridir?
Eşşək südündən hazırlanan bir kiloqram serb pule pendirinin qiyməti 1200 avroya qədərdir ki, bu da Serbiyadakı orta aylıq əmək haqqından çoxdur.
Bu pendir yalnız paytaxt Belqraddan təxminən 80 km qərbdə yerləşən Zasavica təbiət qoruğunda satılır.
"Bir kiloqram pendir hazırlamaq üçün sizə 25 litr eşşək südü lazımdır və bir eşşək bu qədər südü il yarım istehsal edir" deyə “BBC Serbiya”ya müsahibəsində Zasavica Təbiət Qoruğunun meneceri Vuk Simiç izah edir.
Bununla belə, dünyanın ən bahalı pendirləri arasında pule mütləq rekordçu deyil. Hazırda bu titulu 2024-cü ildə qiyməti 2,5 kq üçün 36 min avro olan İspan mavi pendiri Kabrales tutur. Bu, ona Ginnesin Rekordlar Kitabında yer qazandırdı.
Ancaq pule pendiri də lüks olaraq qalır, yalnız pul problemi olmayanlar üçün mövcuddur. Hətta serb tennis əfsanəsi Novak Cokoviçin də diqqətini çəkib. Onun bir müddət əvvəl restoran şəbəkəsi üçün bir illik pule pendiri aldığı bildirilir.
Bəs bu pendiri bu qədər xüsusi edən nədir?
Gizli tərkib haqqında soruşduqda, eşşək fermasının müdiri Nikola Nilić sadəcə gülümsəyir. "Mən bunu sizə deyə bilmərəm" deyir.
Eşşək südündən pendir istehsal etmək ideyası ilk dəfə Vuk Simiçin atası Slobodan Simiçə on ildən çox əvvəl ağlına gəlib.
Nüfuzuna baxmayaraq, pule pendiri geniş yayılmır və ya ixrac edilmir. Siz onu yalnız Zasavicada - hətta qoruğun ərazisindəki restoranda deyil, yalnız kiçik bir yerli mağazada ala bilərsiniz.
"Biz ildə cəmi 25-30 kq istehsal edirik ki, bu da onu çox nadir bir məhsul edir," -deyə Simic izah edir.
Serbiyada bir neçə kiçik eşşək ferması var, lakin Serbiya Heyvandarlıq Assosiasiyasına görə, əksəriyyəti pendirdən çox süd satışına diqqət yetirir.
Almaz Həsənli