“Google” delfinlərlə ünsiyyət qurmağa imkan verəcək neyroşəbəkə tərcüməçisi yaradıb

“Google” delfinlərlə ünsiyyət qurmağa imkan verəcək neyroşəbəkə tərcüməçisi yaradıb

15 Aprel 16:25
Bəyəndim (1) Bəyənmədim (0)


“Google DeepMind” tədqiqatçıları delfinlərlə ünsiyyətə imkan verəcək süni intellekt (AI) modeli yaradıblar. Bu barədə şirkətin bloqunda deyilir.
“DolphinGemma” adlanan model delfinlər tərəfindən çıxarılan kliklər, fitlər və xırıltılar üzərində məşq edilib. Elm adamları xüsusi korpusdan və “DolphinGemma” ilə işləyən “Pixel” smartfonundan istifadə edərək delfin səslərini qeyd edir, onları təhlil edir və hətta cavab olaraq səslər yaradır.
Bunun üçün model 35 ildir Baham adalarında delfinləri tədqiq edən qeyri-kommersiya təşkilatı olan “Wild Dolphin Project” (WDP) məlumatlarına əsasən təlim keçib. Hər səs yazısı heyvanın həmin anda nə etdiyi ilə bağlı kontekstlə gəlir.
İndi “DolphinGemma” nümunələri tanıyır və heyvanın dedikləri barədə artıq fərziyyə irəli sürə bilir. Bu, insanlara siqnallara və bəzən hətta uğurla cavab verməyə kömək edir. Son məqsəd tam ikitərəfli ünsiyyət qurmağa kömək edəcək ümumi "lüğət" yaratmaqdır.
Tərcüməçi birbaşa smartfonda işə salına bilər, lakin hələlik dəqiq buraxılış tarixi yoxdur.
Almaz Həsənli