Göz bəbəklərini yuvalarından təxminən 2 sm çıxara bilən kişi dünya rekordu qırıb

Göz bəbəklərini yuvalarından təxminən 2 sm çıxara bilən kişi dünya rekordu qırıb

16:15
Bəyəndim (4) Bəyənmədim (0)


İtaliyada yaşayan uruqvaylı kişi qeyri-adi hiyləsi sayəsində Ginnesin Rekordlar Kitabına düşüb: o, gözlərini o qədər qabarda bilir ki, göz bəbəkləri yuvalarından çıxır, “UPI” xəbər verir.
İndi Milanda yaşayan Montevideo əsilli Vilyams Martin Sançes Lopes 8-9 yaşında ikən göz ətrafındakı əzələləri rahatlaşdıra və göz bəbəklərini cizgi filmi qəhrəmanı kimi çıxara bildiyini öyrəndiyini söyləyib.
Lopesin həkimi rəsmi ölçmələr aparıb və müəyyən edib ki, onun gözləri yuvalarından 0,74 düym (1,8 sm - red.) çıxa bilir ki, bu da ona kişilər arasında "ən uzaqdan atan göz bəbəyi" adını qazanmağa kifayət edir.
“Ən gülməlisi odur ki, insan nə görəcəyini anlamayanda, mən onun yanına gəlib bütün göz bəbəyimi belə çıxardığımda insanlar sadəcə oturub baxmırlar, praktiki olaraq iki metr tullanırlar” Vilyams bildirib.
Almaz Həsənli