Türklərdə qədimlərdən qadınlara hörmət Vətən sevgisi qədər böyük olub

Türklərdə qədimlərdən qadınlara hörmət Vətən sevgisi qədər böyük olub

13:07
Bəyəndim (5) Bəyənmədim (0)

Ərəblər həyat yoldaşlarını "arvad"deyə çağırırlar, mənası məlumdur. Türklər isə "xanım"deyə çağırarlar, mənası evimin sahibi deməkdir.

Rəbiyyət ərəbcə dördüncü deməkdir. Ərəb mədəniyyətində qız uşaqları insan hesab edilmirdi deyə qızı olanlar onlara ad yox nömrə qoyardılar. Vahidə də ad deyildi, mənası birinci deməkdir. İlk doğulan qıza verilən ad idi. Yəni bu cür nömrələnirdi qız uşaqları. Dünya yaranandan bəri qızları torpağa diri-diri basdıran yeganə xalq ərəblər olub. Bunun da əsas səbəbi faizə pul götürən ərəblərin onu ödəyə bilmədikdə əxlaqsız sələmçilərin onların qız gəlinlərinə əl qoymasından xilas olmaq istəyi idi. Bəs həmin dövrlərdə türklərdə vəziyyət necə idi?

Türklər qız uşaqlarına, xatunlarına dəyər verən, onları vacib sayan, insan yerinə qoyan, sərkərdə və xaqanlar kimi yetişdirən tək tanrılı dinə mənsub bir millətdir. İnsan haqları baxımından da çağdaş mədəniyyət nümunələri yaratmış öncül millətdir.

Qədim türkçədə “namus” sözü yox idi,çünki türklər namussuzluq nədir bilməzdilər! Türk dünyasında qadın yoldaş idi, ana idi, sevgili idi, təkbaşına bir dövlət idi. Türklər müsəlman olduqdan sonra ərəb "mədəniyyəti" gəldi, qadın qadın olduğuna peşman oldu. Qadın döymək təəssüf ki, türklərin ərəb mədəniyyəti ilə tanışlığından sonra yaranmışdır.Qədim türk mədəniyyətində qadın həmişə əl üstündə tutulurdu. Çingizxanın öz həyat yoldaşı üçün dediyi:

“Mən sizin Xanınızam, bu da mənim Xanım” sözləri dilimizdəki "xanım" sözünü göstərməkdədir! Yəni qadın evin xanı idi.

Hələ xristianlıq və islam yaranmamışdan çox-çox öncə mövcud olmuş türk Törəsində yazılmışdı:

1. Tanrı təkdir.

"6. Bir çoban sürüsündən, bir ər ailəsindən, bir Xaqan ulusundan soruşular.

7. Hər kişi xanımına, atına, silah-sursatına sahib çıxacaq.

8. Ana-ataya, babaya təzim ediləcək.

9. Qohumu qucaqlayacaq, qonşuna göz-qulaq olacaqsan.

12. Hər kim kiminsə namusuna toxunsa həyatıyla cavab verəcək.

21. Qızı istəyən Xaqan da olsa, bəy də olsa qız, özü istədiyinə ərə gedəcək."

Vüqar Hüseyn Həsənli

PS. və ya söz ardı

ATATÜRK:

"Yer üzünde gördüyünüz hər şey qadının əsəridir. Ey qəhrəman türk qadını, sən yerdə sürünməyə yox, çiyinlər üzərində göylərə yüksəlməyə layiqsən".

Bilgə Xaqan kitabəsi: Qızı istəyən Xaqan da olsa, bəy də olsa, qız öz istədiyinə veriləcək.

Azərbaycanlılar: kişiyə xan, qadına xanım, kişiyə bəy, qadına bəyim.

Kitabi-Dədə-Qorqud Dastanı:

Evə gələn gəlinə başım baxtı, evim taxtı.

Hüseyn Cavid:

-Sürüklənən bəşəriyyət qadınla yüksələcək.