
ABŞ və Rusiya Ər-Riyad danışıqları ilə bağlı birgə bəyanat hazırlayırlar
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir gün əvvəl keçirilən məsləhətləşmələrdən sonra Vaşinqton və Moskvanın birgə bəyanatı çərşənbə axşamı Moskva vaxtı ilə saat 11:00-da (Bakı vaxtı ilə 12:00) dərc oluna bilər. Bu barədə Amerikanın “CBS News” telekanalı məlumat yayıb.
"Elan Vaşinqtonda səhər saat 4-də və Moskva vaxtı ilə saat 11-də yayımlanacaq", - iki mənbə bildirib.
Ər-Riyadda keçirilən danışıqlarda məqsəd Qara dənizdə atəşkəslə bağlı razılığa gəlmək olub.
Bəyanatın dəqiq təfərrüatları hələ məlum olmasa da, “CBS News” mənbələri Ər-Riyaddakı ABŞ texniki qrupunun Tramp administrasiyasına verdiyi hesabatların nikbin göründüyünü bildirib.
Mənbələrdən biri bildirib ki, danışıqların nəticəsi ilə bağlı Ukrayna rəsmilərinə də məlumat verilib.
Almaz Həsənli