İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı, avtobuslar əvvəlki sxemə qayıtdı

İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı, avtobuslar əvvəlki sxemə qayıtdı

19 Oktyabr 2019 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

"28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxumeni.az-a verilən məlumatda deyilir:

"Oktyabrın 19-da saat 13:00-da zərurətdən yaranmış səbəblərə görə Bakı metropoliteninin fəaliyyəti müvəqqəti dayandırılmış "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyaları saat 17:00-dan sərnişinlərin giriş-çıxışına açılıb".

“28 May” Nəqliyyat Mübadilə Mərkəzindən keçən 14 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik də aradan qaldırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir.

Bildirilib ki, artıq avtobuslar əvvəlki hərəkət sxemi üzrə sərnişinlərə xidmət edirlər.

Oxumeni.az