Şizofreniya xəstəsi Putinin arvadı kimi Kremlə girmək istədi

Şizofreniya xəstəsi Putinin arvadı kimi Kremlə girmək istədi

21 Noyabr 2019 11:30
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna vətəndaşı özünü Rusiya Prezidenti Vladimir Putinin həyat yoldaşı kimi təqdim edərək, Kremlə girməyə çalışıb.

Oxumeni.az xəbər verir ki, bu haqda News.ru məlumat yayıb.

Qeyd edək ki, hadisə dünən Qırmızı Meydanda baş verib.

Sayt yazır ki, qadının qəribə davranışları yoldan keçənlərin diqqətini cəlb edib. O, qışqıraraq Rusiya liderinin həyat yoldaşı olduğunu bildirib və onunla görüşmək istədiyini tələb edirmiş.

Bildirilir ki, Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Nataliya adlı ukraynalı qadını saxlayıb və Rusiya Federasiyası Daxili İşlər Nazirliyinə təhvil veriblər.

Qeyd edək ki, Nataliya şizofreniya diaqnozu ilə Alekseyev adına Psixiatriya Xəstəxanaya yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)