Ermənistan silahlı qüvvələri Tovuz və  Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini  atəşə tutur

Ermənistan silahlı qüvvələri Tovuz və Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini atəşə tutur

19 Oktyabr 2020 12:42
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanla dövlət sərhədində növbəti dəfə vəziyyəti gərginləşdirməyə cəhd göstərir.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Oktyabrın 19-u saat 11.10-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonu istiqamətindən Tovuz rayonu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutur", - nazirlik bildirib.