Ermənistan tərəfindən 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb

Ermənistan tərəfindən 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb

21 Oktyabr 2020 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Oxuməni.az-a Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.

Oxuməni.az