Almazbek Atambayev martın 15-dək həbsdə qalacaq
Bişkek şəhər məhkəməsi Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin həbsdə qalma müddətini martın 15-dək uzadıb.
Oxumeni.az xəbər verir ki, bu haqda jurnalistlərə sabiq Prezidentin vəkili Zamir Jooşev məlumat verib.
Almazbek Atambayev dövlət çevrilişi, adam öldürmə, korrupsiya, kütləvi iğtişaşlar törətmək, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azadlığa buraxılması, vəzifədən sui-istifadə, torpaq sahələrini qanunsuz əldə etmək və digər maddələrlə ittiham olunur.
Xatırladırıq ki, ötən il avqustun 7-8-də sabiq prezidentin həbs edilməsi ilə bağlı keçirilən əməliyyatda hər iki tərəfdən 136 nəfər xəsarət alıb, bir nəfər xüsusi təyinatlı ölüb. Almazbek Atambayev avqustun 8-də hökumət qüvvələrinə təslim olub və həmin gündən Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin istintaq təcridxanasında saxlanılır.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın Prezidenti olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)

.jpg)















































