Demokratlar Partiyasından namizədliyə iddiaçılar arasında seçkiqabağı debatların yeddinci turu keçirilib
Ayova ştatının De-Moyn şəhərindəki Dreyk Universitetində ABŞ Prezidenti vəzifəsinə Demokratlar Partiyasından namizədliyə iddiaçılar arasında seçkiqabağı debatların yeddinci turu keçirilib.
Oxumeni.az xəbər verir ki, Demokratlar Partiyasının nümayəndələri bu il Donald Trampla mübarizə aparacaq ABŞ Prezidentliyinə namizədləri seçməlidirlər. Debatlarda bu vəzifəyə iddialı olan 6 namizəd - ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, senatorlar Berni Sanders, Elizabet Uorren, Emi Klobuşar, İndiana ştatındakı Saut Bend şəhərinin meri Pitt Butticiç, milyarder və xeyriyyəçi Tom Steyer iştirak edib.
CNN telekanalının nümayəndələrinin moderatorluğu ilə keçən debatlarda ABŞ ilə İran arasında münasibətlər, sosial islahatlar, ABŞ-ın xarici siyasəti və Birləşmiş Ştatların iştirak etdiyi silahlı münaqişələrə dair məsələlər, dövlət başçısının hərbi səlahiyyətləri barədə qanun, səhiyyə islahatı və pasiyentlərin müdafiəsi, Amerika ictimaiyyəti qarşısında duran digər mühüm problemlər müzakirə edilib.
Qeyd edək ki, praymeriz – demokratlar arasından namizədin irəli sürülməsindən ötrü Demokratlar partiyası daxilində ilkin seçkilər Ayova ştatında fevralın 3-də keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az













































.jpg)

.jpg)















































