Ukrayna ABŞ-la əməkdaşlığı genişləndirəcək
Kiyev Vaşinqtonla əməkdaşlığın yeni formalarına ümid edir.
Oxuməni.az-ın rosbalt.ru-ya istinadən verdiyi xəbərə görə, Zelenski ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşündə Ukraynanın, xüsusilə də ABŞ-la təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istədiyini bildirib.
UNİAN xəbər verir ki, buna cavab olaraq Pompeo Ştatlar Ukraynanı bu sahədə dəstəkləməkdə davam edəcəklərini vəd edib.
Zelenski həmçinin ABŞ-ın Donbasdakı vəziyyətin nizamlanmasında və "Krımın işğaldan azad olunmasında" daha fəal iştirak edəcəyinə "ümid etdiyini bildirib. Onun fikrincə, bu məsələlərin həlli üçün Dövlət Departamentindən ayrıca məmur təyin etmək lazımdır.
Ukrayna prezidenti qeyd edib ki, Pompeonun bölgəyə səfəri əlamətdar olub və ABŞ Kiyevə hərtərəfli dəstək nümayiş etdirib.
Oxuməni.az








































































.jpg)
.jpg)
.jpg)




















