Lukaşenko Putinlə neft məsələsini müzakirə edəcək

Lukaşenko Putinlə neft məsələsini müzakirə edəcək

7 Fevral 2020 09:56
Bəyəndim (0) Bəyənmədim (1)

Aleksandr Lukaşenko Rusiya neftini dünya qiymətlərinə almağa hazır olduğunu açıqladı.

Oxuməni.az Rian.ru-ya istinadən xəbər verir ki, bu gün o, Soçiyə səfər edəcək. Lukaşenko mətbuata açıqlamasında deyib ki, "həqiqət anı" gəlib çatıb. Belarus Prezidenti Vladimir Putinlə görüşdə karbohidrogenlərin tədarükünü, artan qiymətləri və dayanıqlı inteqrasiyanı müzakirə edəcək.

Bu dəfə Aleksandr Lukaşenko Soçiyə dilxor hisslərlə gedir. "Bir həqiqət anı gəlib. Biz onunla yaxşı münasibətlərin memarı idik. Biz əbədi deyilik. Biz özümüzdən sonra nə qoyacağıq-məsələ bundadır", - deyə o, bir gün əvvəl bildirib.

Kreml bildirib ki, danışıqlardan əvvəl "işgüzar səviyyədə bitmək bilməyən təmaslar olub". "Rusiya-Belarus əməkdaşlığının aktual mövzuları, o cümlədən ittifaq dövləti çərçivəsində inteqrasiya prosesləri kontekstində" müzakirə edilməlidir.

Oxuməni.az