Kreml Putinlə Ərdoğanın Moskvada görüşünü təsdiqləyib

Kreml Putinlə Ərdoğanın Moskvada görüşünü təsdiqləyib

2 Mart 2020 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Putin Moskvada Rəcəb Ərdoğan ilə görüşəcək.

Oxuməni.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiyanın Suriya ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Peskov qeyd edib ki, onu Putin də, Lavrov da səsləndiriblər. "İnterfaks" yazır ki, Moskva Soçi razılaşmalarına və Suriyanın ərazi bütövlüyünə əməl olunmasına tərəfdardır, həmçinin Ərəb Respublikasını terrorçuluğa qarşı mübarizədə dəstəkləyir.

Bununla yanaşı, Türkiyənin Sputnik Rusiya Agentliyinin əməkdaşlarının həbsi Kremli narahat edir. Peskov ümidvar olduğunu bildirdi ki, bundan sonra jurnalistlər işdə məhdudiyyətlərlə qarşılaşmayacaqlar. Fevralın 29-da baş vermiş hadisələr isə bir daha təkrarlanmayacaqdır.

Oxuməni.az