Putin və Ərdoğan Rusiya və Türkiyə arasında hava əlaqəsinin bərpasını müzakirə ediblər

Putin və Ərdoğan Rusiya və Türkiyə arasında hava əlaqəsinin bərpasını müzakirə ediblər

15 İyul 2020 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ölkələr arasında hava əlaqəsinin bərpasını müzakirə ediblər.

Oxuməni.az Lenta.ru-ya istinadən xəbər verir ki, Peskov bildirib ki, hər iki ölkənin lideri müvafiq qurumlara tapşırıq veriblər ki, məsələ ilə bağlı danışıqlar davam etdirilsin.

O, həmçinin qeyd edib ki, bu mövzu iyulun 13-də baş tutan telefon danışığı zamanı Putin və Ərdoğan tərəfindən müzakirə olunub. O zaman Rusiya və Türkiyə liderləri Suriya, Liviya ilə bağlı vəziyyəti və Müqəddəs Sofiyanın statusuna dair qərarı müzakirə ediblər.

Çərşənbə günü Türkiyənin Nəqliyyat Nazirliyi koronavirusun pandemiyası səbəbindən dayandırılmış Rusiya ilə hava əlaqəsinin bərpası ilə bağlı razılığa gəlindiyini bəyan edib. Planlaşdırılır ki, tərəflər iyulun 15-dən sərnişin aviadaşımalarını bərpa edəcəklər.

Oxuməni.az