Tacikistanda Prezident seçkiləri oktyabrın 11-nə təyin edilib

Tacikistanda Prezident seçkiləri oktyabrın 11-nə təyin edilib

6 Avqust 2020 12:06
Bəyəndim (8) Bəyənmədim (4)

Tacikistanda Prezident seçkiləri oktyabrın 11-də keçiriləcək.

Oxuməni.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə parlamentin yuxarı Palatası sədrinin aparatı məlumat verib. Qeyd edilir ki, bu qərar parlamentin iki palatasının birgə iclasında qəbul edilib.

Dəqiqləşdirilir ki, tarix parlamentin aşağı palatasının Birinci vitse-spikeri Mahamadali Vatanzodaya tərəfindən təklif edilib.

Əvvəllər Dünya Bankı Tacikistana transsərhəd ticarətin genişləndirilməsi və nəqliyyat əlaqəsinin yaxşılaşdırılması üçün $132 mln.məbləğində qrant ayırıb.

Oxuməni.az