İsraildən BƏƏ-yə birbaşa və geriyə  hava uçuşları həyata keçiriləcək

İsraildən BƏƏ-yə birbaşa və geriyə hava uçuşları həyata keçiriləcək

2 Sentyabr 2020 15:36
Bəyəndim (1) Bəyənmədim (0)

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail təyyarələri BƏƏ-yə birbaşa uçacaq.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, daha əvvəl Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi Birləşmiş Ərəb Əmirliklərinin İsrailə və İsraildən də əks tərəfə uçuşlar üçün hava məkanını açmaq istəyinə cavab olaraq bütün ölkələrdən BƏƏ-yə hava reyslərini həyata keçirməyə icazə verib.
"İndi başqa bir böyük sıçrayış əldə etdik. İsrail təyyarələri İsraildən Əbu-Dabi, Dubay və geriyə birbaşa uça biləcəklər", - deyə Netanyahu İsrail KİV-in açıqladığı videoyazıda bildirib.

Oxuməni.az