La-Manş vasitəsilə qanunsuz miqrasiya ən yüksək həddə çatıb-Video

La-Manş vasitəsilə qanunsuz miqrasiya ən yüksək həddə çatıb-Video

3 Sentyabr 2020 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Avropadan Böyük Britaniyaya La-Manş vasitəsilə qeyri-leqal yolla keçməyə çalışan miqrantların sayı bir sutka ərzində 400 nəfəri ötüb.

Oxuməni.az euronevvs-ə istinadən xəbər verir ki, bu, Britaniya hökumətinin ciddi narahatlığına səbəb olan yeni bir anti-rekorddur. Baş nazir Boris Conson ümidsiz miqrantların mafiyanın asan ovuna çevrildiyini və qaçqın statusuna inama zərbə vurduğunu bildirib.

Xatırladaq ki, Birləşmiş Krallığın Sahil Mühafizəsi ötən gün La-Manşdan keçən 400-dən çox yeni miqrant qeydə alıb. Bütün bunlar da Böyük Britaniyanın miqrantlar üçün cəlbedici ölkəyə çevrildiyini təsdiq edir.

Oxuməni.az