Bioloq diş fırçasının dəyişdirilməsinin optimal tezliyini açıqlayıb
Diş fırçasını hər üç aydan bir dəyişmək lazımdır, lakin bəzi hallarda bunu daha tez etmək lazımdır. Oxuməni.az xəbər verir ki, bu barədə bioloq Dmitri Safonov "aif ru" saytına verdiyi eksklüziv müsahibədə bildirib.
Mütəxəssis qeyd edib ki, bakteriyalar ən sürətlə rütubət, istilik və üzvi maddələrin, yəni bakteriyalar üçün qidanın olduğu yerlərdə çoxalır.
"Diş fırçasını hər üç aydan bir dəyişmək lazımdır, lakin bu, insanın heç bir xəstəliyə tutulmadığı və fırçadan istifadə etdiyi müddətdə xəstələnmədiyi halda keçərlidir. Məsələn, faringit, kəskin respirator virus infeksiyaları (KRVİ), koronavirus və ya dodaqlarda herpes olmamalıdır. Əks halda, təkrar yoluxma riski var. Fırçanın tüklərində ağız boşluğunda olan bakteriyalar – müxtəlif streptokoklar, göbələklər, Candida toplanır. Əgər fırçanı uzun müddət dəyişməsəniz, hətta sağlam insanda belə iltihab yarana bilər", - deyə ekspert izah edib.
Safonov vurğulayıb ki, bakteriyaların çoxalması üçün mühit yaranmaması üçün fırçanı qapalı qabda deyil, quru stəkanda şaquli vəziyyətdə saxlamaq lazımdır.
Almaz Həsənli







.jpg)
























































.jpg)
.jpg-1.jpg)




























