Tanınmış aparıcı Rövşanə Ağasəfqızı: Xəyanəti heç vaxt bağışlaya bilmərəm...

Tanınmış aparıcı Rövşanə Ağasəfqızı: Xəyanəti heç vaxt bağışlaya bilmərəm...

26 Yanvar 2022 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Böyük qızım var artıq. Sevgi vacib bir şeydir. Amma mənə görə bir yaşdan sonra o digər yarını tapmaq çətinləşir. Yeri gəldi vurulum, aşiq olum, ay bu mənə vatsapda bir şey göndərsin ki, nə gözəlsiniz, nə gözəl gözləriniz var, yox. Qəlbimi fəth etmək çox çətindir. Zamanında fəth olundu... Bir azdan qızıma elçi gələcək. Bu həyatdır, heç vaxt yox deyə bilmərəm. Bəzən Allah elə bir anda qarşına sevgini çıxara bilər ki, təslim olarsan. Nə qədər davam edəcək, o ayrı məsələdir. Amma o həyəcan, içinin döyünməsi...".

Oxuməni.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı "Üzə-düz" proqramında deyib. Sevgi ilə bağlı sualları cavablandıran aparıcı qızından bəhs edib:

"Ölüm və doğum tarixi arasında bir xətt var. O xətti sən necə, hansı tərzdə yaşayırsan, bu sənə aiddir. Bacar yaxşı yaşa, xoşbəxt ol. Hər şeyi tanrının boynuna yükləmə. Kimsəyə görə həyatını qurban vermə. Mən xəyanətlə yaşaya bilmərəm. Başqa bir qadının yanından mənim yanıma gələcəksə, ya mən qisas alacam mütləq, ya üz çevirib gedəcəm, ya da orda da kitabı bağlayacağıq. Xəyanətə qatlaşıb yaşayan qadınlar iqtisadi baxımdan ərlərindən asılıdırlar, uşaq naminə dözür. Təsəvvür edin, o qadın nə qədər əzab çəkir, özünü fəda edir. Əslində o qadına heykəl qoyulmalıdır. Yəni, özünə hörmət edən qadın əziyyət çəkəcək. Ya da kişi xəyanətini bildirməməlidir. Hansı kişi gəlib deyər ki, xəyanət etmişəm, bu çox gülməli olar. Bir məsələ də var. Mən deyə bilmərəm ki, xəyanət etməyən kişi yoxdur. Ömür boyu bir qadınla yaşayan, həyat yoldaşlarını sevən kişilər də var. Mən özüm isə heç nəyi unutmuram: nə yaxşılığı, nə pisliyi. Xəyanəti də unutmuram. Beynimin bir küncündə ilişib, qalır. Oyatmıram, etsəm, xoşagəlməz varlığa çevrilə bilərəm".

R.Ağasəfqızı nikahdankənar uşaq dünyaya gətirən qadınlara səslənib:

"Qadının nikahı, evi yoxdur, amma 5 uşaq dünyaya gətirib. Gəlir televiziyanın qarşısına deyir, mənə kömək edin. Axı o uşaqları yedirtmək, oxutmaq var. Uzaq başı sığınacaq üçün harasa müraciət edə bilərəm. Ailə quranda nikahsız bu addımı atmayın. Nikah sabah boşanmada alimentdir, ev bölgüsüdür. Uşağa məktəbdə lazım olur. Mental dəyərlər üçün lazımdır. Düzdür, indi vətəndaş nikahı ilə yaşayanlar da var, bu normaldır.

Hə, ola bilər ki, bir imkanlı şəxs çıxacaq sənə 3, 5 min kömək edəcək, uşağını müalicə olunacaq. Bununla iş bitmir... Bir çox verilişlər var ki, bunun üzərindən reytinq yığmaq üçün o qədər şoulaşdırırlar. İnsanlar da bunu anlamırlar, deyirlər, gedib filan verilişə çıxım, həll olunacaq".Axşam.az