Kərim də davaya qoşuldu: “Bizə dil uzadırsan? Sənə və ailənə nifrət edirəm!“

Kərim də davaya qoşuldu: “Bizə dil uzadırsan? Sənə və ailənə nifrət edirəm!“

11 Fevral 2022 11:26
Bəyəndim (0) Bəyənmədim (1)

Müğənni Natavan Həbibi ilə "Soy" prodakşının rəhbəri Oqtay Əliyev arasındakı qalmaqala müğənni Kərim Abbasov da qoşulub.

Oxuməni.az Yenisabah.az-a istinadən xəbər verir ki, Sənətçi "Soy" prodakşının rəhbəri Oqtay Əliyevin xanım müğənni haqda səsləndirdiyi "Natavanın söz deməsi bizim üçün "plintus"dan da aşağıdır" fikirləri ilə bağlı sosial şəbəkədə yazıb:

“Plintusdan aşağı nə deməkdir? Anlamadım... Bir Azərbaycan xanımına deyiləsi sözdür? Natavan kimi sənətçiyə yaraşan kəlmədir? Belə mügənniyə bele kəlmə? Evdə 10 nəfər Xalq artisti ola bilər Oqtay, amma ağız danışığı olmadısa, heç nə”.

Müğənni Oqtay Əliyevlə köhnə məhkəmə çəkişməsini də xatırladıb:

“Sən özün bəyəm dediyin "plintus"dan belə yuxarısan? Yuxarı olsaydın, mənimlə olan məhkəməni uduzmazdın. Məhkəmə yolu ilə istədiyin 200 minlik şərəf-ləyaqət təzminatını heç 2 manatla da ölçmədi möhtərəm hakim. Əksinə, bütün məhkəmə və ekspertiza xərclərini də sənin özünə ödətdirdilər. İndi de görüm, kim sənin dediyin "plintus"dan aşağıdır? Sən, yoxsa, bizim kimi sənətçilər? 20 ildən çox bizim kimi müğənnilərin sayəsində evinə pul aparan adam, indi bizə dil uzadırsan?

Bizim kimi müğənnilərin sayəsində sən və ailən milyonlarla pul qazanıb. Hələ indi də qazanırsan ("Pıçhapıç"dan tutmuş "Yeni ulduz"a kimi). Hazırladığın hansı bir veriliş müğənnisiz olub? Hamısı bizim üstümüzdə qurulub.

Bu gün sənətçilərin pul istəməsi sənə niyə təsir edib? Evinə bir 500 manat az aparsan, sənə heç nə olmaz. Heç olmasa, sən sus, danışma. Axı ailənin hamısı bizim kimi sənətçilərin sayəsində evinə pul gətirir. İndi sən bizə dil uzadırsan? Sənə və ailənə (Dilarə xaric olmaqla) nifrət edirəm. 20 ildən çox bizim kimi sənətçilərin üstündə qazandığın pullar, evlər, maşınlar haqqı haramın olsun! Ayıb olsun sənin düşünmə tərzinə!"