“Efirdə çıxıb özünü lovğa-lovğa tərifləyir. Öz ətrafından utanmırsan?”

“Efirdə çıxıb özünü lovğa-lovğa tərifləyir. Öz ətrafından utanmırsan?”

1 Oktyabr 2022 06:34
Bəyəndim (0) Bəyənmədim (0)

“Əsas odur ki, dünyamız dinc olsun, əmin-amanlıq olsun. Bir tikə çörəyimiz yaxşı olsa kefimiz də yaxşı olacaq. Hamı necə dolanırsa, mən də elə dolanıram. Millətdən qeyri-adi bir yaşayışımız yoxdur. İnşallah ki, daha da yaxşı olar. Əsas can sağlığıdır, yaşadıqlarımız bizə dərs olub”.

Oxuməni.az xəbər verir ki. bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. O, daha sonra əlavə edib.

“Əvvəl muğam təsnifləri oxuyurdum. Qavalı əlimdən yerə qoyub mikrofon götürəndə “Reyhanə” mahnısını oxudum. Toylarda da bu mahnını daha çox istəyirlər. Mən toy alverindən uzağam. O vaxt oğluma kiçik toy etdim, sənət aləmindən heç kimi çağırmadım. Yalnız qohum və əqrabalarım oldu. Mən ümumiyyətlə pul yığmadım. O gətirsin mənə pul atsın, mən də ona. Heç kimə borclu qalmaq istəmirəm. Toya gedib pul yazdırmışamsa mütləq deyil ki, o da gətirib mənə atsın. Deməli o sənin toyuna gətirib pul atmasa, sən onun toyuna getməyəcəksən? Mən əgər bir toya gedirəmsə sevib getmişəm. Mən fikirləşməmişəm ki, o adam bu pulu mənə yazdırmalıdır” deyə Elnarə Abdullayeva deyib.

Xanəndə efirlərdə özlərini tərifləyən sənətçilərdən də danışıb.

“Səni kənar yox, öz ətrafın tanıyır. Efirdə çıxıb özünü lovğa-lovğa tərifləyir. Öz ətrafından utanmırsan? Qorxmursan ki, səni çağırıb üzünə deyərlər? Heç olmasa sən danışma da” deyə müğənni deyib.

Xanəndə estetik əməliyyat etdirənlərdən də danışıb.

“Estetik əməliyyat etdirmək hər kəsin öz işidir. Mən ona qarışa bilmərəm. Amma yaxşı olar ki, onlar güzgünün qarşısında özlərinə baxmağı bacarsınlar. Qüsurları örtmək üçün əməliyyat etdirə bilərsən. Amma aşırı dərəcədə olmaz. Bəzən kimisə görürəm, şəkili yaxınlaşdırıb düşünürəm ki, görəsən bu kimdir? Özünüzü elə vəziyyətə qoymayın ki, sizə baxıb gülsünlər. Mən belə şeyləri qəbul etmirəm” deyə o bildirib.