Xatun oğlunun toyuna bu qədər xərc çəkəcək

Xatun oğlunun toyuna bu qədər xərc çəkəcək

28 Noyabr 2022 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Oğlu Adili evləndirməyə hazırlaşan müğənni Xatun Əliyevanın toy xərcləri üzə çıxıb.

Oxuməni.az xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan sənətçi aparıcı Günay Baxşəliyevayla birlikdə Yeni Yasamaldakı evinə gedib.

Yolda olduqları zaman aparıcı avtomobilin içində Xatunun oğlunu toy xərclərinin yazıldığı dəftəri tapıb. O, canlı yayımda həmin siyahını oxuyub.

Sənətçi güllərə 400, bəy-gəlin kortejinə 990, rəqqaslara 3700, musiqiçilər üçün isə 5800 manat pul xərcləyəcək.

Qeyd edək ki, Xatun Əliyeva bir neçə gün əvvəl gəlini Aylinə xına mərasimi keçirib. Cütlüyün toyu bu gün olacaq.Axşam.az