Məşhurların eşq macərası yaşadığı iddia olunur

Məşhurların eşq macərası yaşadığı iddia olunur

1 Dekabr 2022 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə il bundan əvvəl yayımlanan "Kara Para Aşk" və "Sefirin Kızı" seriallarında baş rolları paylaşan Engin Akyürek və Tuba Büyüküstün cütlüyünün sevgili olduğu iddia edilib. Akyürek Büyüküstünün biləyinə nəsə bağlayarkən sevgililəri Parisdə görüblər.

Həmişə iştirak etdikləri layihələrin uğurlarından danışılan Tuba Büyüküstün və Engin Akyürek illər əvvəl yayımlanan "Kara Para Aşk" və "Sefirin Kızı" seriallarında baş rolları paylaşıblar. Uzun illərdir layihələr üçün bir araya gələn ikilinin eşq macərası yaşadığı iddiası mətbuatın gündəminə bomba kimi düşüb. Mətbuatda yayımlanan xəbərlırı görə, birlikdə vaxt keçirmək üçün Parisə gedən ikili təkbaşına gəzərkən görüntülənib. Dostları ilə təkbaşına gəzən cütlüyün eşq yaşadığı iddia edilərkən, Akyürekin bir hərəkəti diqqətdən qaçmayıb. Yaraşıqlı aktrisa Tuba Büyüküstünün biləyinə nəsə bağlaması sevgi iddialarını gücləndirib.

Murad Şahməmmədov