"Heç nə öyrətmirlər, hələ bir tənqid də edirlər" -Kamilə Babayeva

"Heç nə öyrətmirlər, hələ bir tənqid də edirlər" -Kamilə Babayeva

2 Dekabr 2022 12:46
Bəyəndim (0) Bəyənmədim (0)

"Susmaq hüququmu qoruyub saxlayıram. Sözü anlayana deyirsən. Əgər sözün anlaşılmayacaqsa, duyulmayacaqsa, orada sözlərin gücdən düşür. Haqlı olaraq, haqsız duruma düşürsən. Bu vəziyyəti gördüyüm halda susmağa üstünlük verirəm".

Oxuməni.az xəbər verir ki, bu sözləri aparıcı Kamilə Babayeva "Səhərin səsi" proqramında deyib. O, gəncləri tənqid edən aparıclardan söz açıb:

"Bəzən aparıcılardan gənclərə aqersiv fikir görürəm. Ola bilsin pisdir, bilmir, bizim kimi öyrədəni olmayıb, gəlib birdən-birə bəyənilib: görüntü, danışıq, vücud olaraq. Ona deyiblər, veriliş aparmalısan. Axı bilmir necə aparmalıdır. Onu öyrətmirlərsə, mən onu öyrətmirəmsə, nə ixtiyarım var deyim pis aparıcısan? Nə verdim ki, nə alım? Vermədiyim halda dilimi uzun etməyə haqqım yoxdur. Belə yaxşı insansansa, gözəl qəlbin var, efirində, cəmiyyətində gözəl aparıcılar görmək istəyirsənsə, məktəb aç. Verilişə baxdın, götür zəng vur, denən bu sözü belə desən daha yaxşıdır. Son dönəmlərdə ekran qarşısında oturub verilişə baxanda zaman yoxdur. Nəyisə sosial şəbəkədən və saytdan görürəm. Bilmirəm reytinq xatirinə qoyulub, yoxsa səhv aparıcıda var. Bilmədiyim təqdirdə irad bildirməyə ixtiyarım yoxdur. Səmimi şəkildə fikrimi bildirsəm, ixtiyarım olar. Bunu da bundan sonra edəcəyəm".axşam.az