"Lənət olsun sizin ədalətinizə" - Günel İrana qarğış etdi
22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsinə etiraz bildirən Möhsün Şikari adlı ifaçı edam edilib.
Oxuməni.az xəbər verir ki, müğənni Günel Zeynalova onun ailəsinin edam anı küçədə çəkilən videosunu yayımlayıb.
"Lənət olsun sizin ədalətinizə. Gənc, günahsız gənclərin edama məhkum edildiyi üçün tez zamanda Allah cəzanızı versin. Gedin günahı olanları edam edin: qadınları vəhşicəsinə öldürənləri, uşaqlara təcavüz edənləri. Allahım sən yardım et. Bir ananın fəryadını Allah yanınızda qoymayacaq. Dünya eşitmir, görmür. Biri bunları dayandırsın. Gənc qardaşım, məkanın cənnət olsun. Gözəl səsin qulaqlarımdadır" deyə, Günel paylaşımında qeyde dib.
Qeyd edək ki, Möhsün Şikari ötən gün səhər saatlarında edam edilib. O, hakimi yaralamaqda günahlandırılıb.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi səbəbindən etiraz aksiyaları keçirilir.

Axşam.az































































































