"Deyirlər ki, bahalı başdaşı qoymaqdansa, bacını sağaldardın"
Müğənni Nadir Qafarzadə dünyasını dəyişən bacısına görə ünvanına deyilən tənqidlərə cavab verib.
Oxuməni.az xəbər verir ki, ifaçı "Həyat tərzi" proqramında bacısına sağlığında dəstək olmadığı iddialarını yalanlayıb. Nadir bildirib ki, onun bütün müalicə xərcini özü ödəyib:
"5,10,15 min verib başdaşı ucaldırıq. Ölüyə bu çatmır axı. İnsanlar özünü göstərmək üçün edirlər. Mənə deyirlər ki, elə ehsan verənə, başdaşı qoyana qədər həmin pulu müalicəsinə xərcləyib, ömrünü uzadardın. Mən etdim: müalicələr, əməliyyatlar... Xaricdən dərmanlar gətirirdim. 20 il ömrünü uzatdım. Xərçəng idi, sonda özünü göstərdi. Ehsanda verilən plovu, meyvələri sağlığında aparın yedizdirin həmin şəxsə. Qoyun bu dünyadan bəxtəvər getsin".axşam.az
Digər xəbərlər































































































