“Mən evdə otursam o mənim üçün bayram olmayacaq, övladım da bunu rahat qəbul edir”

“Mən evdə otursam o mənim üçün bayram olmayacaq, övladım da bunu rahat qəbul edir”

1 Yanvar 2023 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

“Təxmini hesablamalarıma görə artıq həyatımın 20-ci ilidir ki, mən yeni ili evdə qeyd etmirəm. Nəinki yeni ili, digər bayramları da evdə olmuram. Ən azından sosial şəbəkə şərait yaradır ki, hər kəs hər günümüzü görə bilir. Məclislərdə, təşkil olunan korporativ gecələrdə oluram. Amma mütləq bayramdan bir gün öncə yaxud da bir gün sonra mən övladımla bunu qeyd edirəm. Artıq 29 dekabrdan bütün işlərimi bitirmişəm ki, 30 dekabrı övladımla birlikdə keçirim. 31 dekabr səhər saatlarında N saylı hərbi hissədə vətən oğulları, əsgərlərimizlə birlikdə görüşümüz olacaq, həmin tədbirin aparıcısı olacam. Axşam isə məkanlardan birində yenə də səhnədə olacam. Mənim ümumiyyətlə bütün bayramlarım belə keçir. Bu mənim seçdiyim həyat tərzimdir. Mən evdə otursam o mənim üçün bayram olmayacaq. Səhnəni, işimi sevdiyim üçün onunla xoşbəxt oluram. Ən yaxınlarım da, əzizlərim də məni başa düşüb, anlayışla qəbul edirlər. Övladım da bunu rahat qəbul etdi ki, mənim anam bayram günlərində səhnədə olur”.

Oxuməni.az xəbər verir ki, bunuModerator.az-a açıqlamasında tanınmış teleaparıcı Könül Muxtarova deyib.

“İllər öncə bu sahədə bizim çox qadağalarımız var idi. Biz dilimizdən çıxan hər kəliməyə, geyimimizə diqqət etməli, çöldə-bayırda belə efirdə göründüyümüz qədər səliqəli görünməli, davranmalı idik. Amma indi elə deyil, tam əksinədir. Çöldə-bayırda olan ab-havanı efirə gətirməyə çalışırlar. Ötən illərlə müqayisədə çox şeylər dəyişib. Əslində, televiziya çox unutqandır, hətta bəzən deyirlər, tamaşaçı da unutqandır. Amma nə yaxşı ki, bu sözlər bizim dövrə öz təsirini çox göstərə bilmədi. Çünki sosial şəbəkə var. Mən də aktiv sosial şəbəkə istifadəçisi kimi bu unutqanlığı çox da hiss eləmədim. İki ildir efirə çıxmayan aparıcını hələ də küçədə görəndə tanıyıb, diqqət göstərib, hörmət edib, maraq göstərirlərsə, demək ki, televiziya unutqan ola bilər, amma mənim tamaşaçılarım unutqan deyilmiş və buna şükür eləmək lazımdır”, - deyə aparıcı bildirib.

P