Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib

Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib

13 Yanvar 2023 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Müğənni və rok-n-roll kralının yeganə övladı Liza Mari Presli vəfat edib. Onun 54 yaşı var idi.

Oxuməni.az xəbər verir ki, ABŞ mediası bundan əvvəl onun ürəyi dayandıqdan sonra xəstəxanaya aparıldığı barədə məlumat vermişdi.

Elvis Preslinin 54 yaşlı qızı Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Bildirilir ki, müğənninin ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulmuşdu. Bir qədər sonra Liza Marinin anası Priscilla Presley qızının vəfat etdiyini təsdiqləyib. "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm" dedi. Priscilla Presley qızının ölüm səbəbini açıqlamayıb.

Liza Mari Presli 1968-ci ildə Memfisdə anadan olub və Elvis qəfil öləndə doqquz yaşında atasının sərvətinin yeganə varisi olub.

2003-cü ildə o, bir neçə yüz min nüsxə satılan və tənqidçilər tərəfindən yaxşı qarşılanan "To Whom It May Concern" adlı ilk solo albomunu buraxıb, 2005-ci ildə ikinci albomu "Now What", 2012-ci ildə isə üçüncü və sonuncu "Storm and Grace" albomu çıxmişdır.

Liza Mari Presli dörd dəfə evlənib.1994-cü ildə o, birinci əri müğənni Denni Keoqdan boşandıqdan cəmi 20 gün sonra müğənni Maykl Ceksonla evlənib. 1996-cı ildə Cekson uşaqlara qarşı cinsi zorakılıq iddiaları ilə mübarizə apararkən, onlar boşandılar.

2002-ci ildə o, atasının böyük pərəstişkarı olan aktyor Nikolas Keyclə ailə həyatı qurub. Lakin Keyclə toydan cəmi dörd ay sonra boşanmaq üçün məhkəməyə müraciət edib.

Liza Mari Preslinin dördüncü evliliyi, gitaraçı və musiqi prodüseri Maykl Lokvud ilə, 2021-ci ildə boşanma ilə başa çatıb.

Onun üç övladı var idi, onlardan biri (Benjamin Keogh) 2020-ci ildə intihar edib.

E.Axund. Oxuməni.az

Sonuncu dəfə Liza Mari Presli çərşənbə axşamı Los-Ancelesdə Qızıl Qlobus mərasimi zamanı ictimaiyyət qarşısına çıxıb.

Sonra o, anası ilə birlikdə göz yaşları içində atasını canlandıran Ostin Batlerin Baz Luhrmanın "Elvis" filmində ən yaxşı kişi rolu mükafatını necə almasına baxıb.