Bir saatlıq konsert üçün 59 milyon 500 min manat alıb

Bir saatlıq konsert üçün 59 milyon 500 min manat alıb

24 Yanvar 2023 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyanın ən dəbdəbəli otelində konsert verən Beyons 1 saat üçün 35 milyon dollar alıb.

4 illik fasilədən sonra “Atlantis The Royal”ın açılışında səhnəyə çıxan dünya şöhrətli müğənni Beyons 1 saatlıq konsert üçün 35 milyon dollar (59 milyon 500 min manat) alıb.

2018-ci ildən bəri konsert verməyən məşhur müğənni Beyons səhnəyə möhtəşəm qayıdıb. Ulduz müğənni dünyanın ən məşhur və dəbdəbəli oteli olan “Atlantis The Royal”-ın açılışında 1 saatlıq konsert verib. Beyonsun uzun illərdir pərəstişkarlarının gözlədiyi səhnəyə çıxmaq üçün aldığı pul eşidənlərin ağzını açıb qoyub. 1 saatlıq konsertdə 19-a yaxın mahnı ifa edən 41 yaşlı müğənni 35 milyon dollar qazanıb. Beyons ifası ilə tamaşaçıları əyləndirərkən, Kendall Jenner, Jay-Z, Rebel Wilson və Ellen Pompeo kimi adlar da açılış partisində diqqət çəkib. Digər tərəfdən möhtəşəm bir mərasimlə açılan “Atlantis The Royal”, 11.000 kvadrat metrdən artıqdır və 22 mərtəbə, dörd geniş otaq, kinoteatr, seyf otağı və öz hovuzuna malikdir. Beyons və ailəsinin qaldığı Flaqman Royal Mansion suitinin bir gecəlik qiyməti 142 min dollardır.

Murad Şahməmmədov