Zəlzələyə görə Azərinin konserti ləğv olundu

Zəlzələyə görə Azərinin konserti ləğv olundu

6 Fevral 2023 19:37
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Azərinin bu gün Kahramanmaraşda baş tutmalı olan konserti ləğv olunub.

Oxuməni.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında məlumat yayıb. O, zəlzələ səbəbi ilə konsertin təxirə salındığını bildirib:

"Zəng edən, maraqlanan dostlar, diqqətinizə görə, təşəkkür edirəm. Bildiyiniz kimi bu gün Kahramanmaraşdakı konsertimiz üçün yola düşəcəkdik. Səhər 04:30-da Ankarada zəlzələni hiss etdikdən sonra Kahramanmaraşa zəng vurduq və təəssüf ki, xəbəri aldıq. Zəlzələ bölgəsindəki insanlarımız üçün dua edirəm. Sizlərdən də dua etməyi xahiş edirəm. Çox kədərliyəm, Allah yardım etsin, başımız sağ olsun".

Qeyd edək ki, son açıqlanan rəsmi məlumata görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2323 nəfər isə yaralanıb. Bununla yanaşı, 1710 binanın uçduğu, ölü sayının artacağı bildirilib.axşam.az