Karyerasını məhv edən ulduzlar - Siyahı

Karyerasını məhv edən ulduzlar - Siyahı

26 Fevral 2023 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun illər şöhrət qazanmaq üçün hər şeyə əl atan bir çox məşhur daha sonra buraxdığı səhvlərə görə karyerasını məhv edib.

Oxuməni.az Axşam.az-a istinadən karyerasını qoruyub saxlamağı bacarmayan 8 ulduzu təqdim edir.

Lindsi Lohan

Amerikalı aktrisa, müğənni Lindsi Lohan karyerasına 3 yaşında başlayıb. Uğurlu model olan Lindsi 100-dən çox reklamda rol alıb. 11 yaşında ilk filmində çəkilib. Lakin daha sonralar aktrisa yeni rolları deyil, spirtli içki, narkotik və qanun pozuntuları ilə gündəmə gəlib. Bir neçə dəfə reabilitasiyadan keçən Lindsi 2013-cü ildə asılılığından qurtula bilib. Bir müddət sonra yenidən karyerasına qayıtsa da, uğuru geri qaytara bilməyib.

Harvey Vaynşteyn

Hollivud prodüseri Harvey Vaynşteyn filmlər istehsal edən "Miramax" və "The Weinstein Company"nin həmtəsisçisidir. Hollivudda çox güclü fiqur olan Vaynşteyn bir çox qadını təcavüz və cinsi zorakılığa məruz qoymaqda təqsirləndirildikdən sonra karyerası bitib. 2017-ci ilin oktyabrında “New York Times” onu bir sıra qadınlara, o cümlədən aktrisa Eşli Cadda cinsi təcavüz etməkdə ittiham edən məqalə yayımlayıb. Qısa müddət ərzində vəzifələrini itirərək həbsxanaya düşüb. Həyat yoldaşı da onu tərk edib.

Ketrin Kheygl

Amerikalı aktrisa və keçmiş model Ketrin Kheygl "Qrey anatomiyası" filmindəki rolu ilə məşhurluq qazanıb. Beş il davam edən çəkilişlərin ardından o, 2007-ci ildə ekran işindəki roluna görə, "Ən yaxşı aktrisa" nominasiyyasında "Emmi" mükafatına layiq görülüb. Ulduz paralel olaraq “Mənim atam qəhrəmandır”, “27 toy”, “Çılpaq həqiqət”, “Qatillər”, “Köhnə yeni il” kimi bir çox filmlərdə rol alıb. Bir il sonra Ketrin yenidən "Emmi" mükafatına namizəd olub. Lakin aktrisa onu məşhur edən serialın ssenari keyfiyyətinin “orta səviyyədən aşağı” olduğunu açıqlayıb və “Uçdu” filminin yaradıcılarını seksizmə görə tənqid edib. Bununla da o, peşəkar dairələrdən kənarda qalıb.

Mel Gibson

İki "Oskar" və "Qızıl Qlobus" mükafatı laureatı olan amerikalı aktyor və rejissor Mel Gibson nadir hallarda ekranlara çıxır. Onun reputasiyası və eyni zamanda karyerası 2009-cu ildə sərxoş halda maşın sürərkən saxlanıldıqdan sonra ciddi şəkildə sarsılıb. Daha sonra Gibson o vaxtkı ortağı haqqında irqçi şərhləri ilə gündəmə gəlməyə başlayıb.

Amanda Bayns

Amerikalı aktrisa Amanda Bayns yeniyetmə yaşlarından uğur qazanan, lakin bunun öhdəsindən gələ bilməyən məşhurdur. Qəza, başqasına məxsus həyətdə yanğın törədən, mağazadan oğurluq edən aktrisa bitən karyerasını ara verdiyini bildirərək yekunlaşdırıb. Onun iştirakı ilə lentə alınan sonuncu film 2010-cu ildə təqdim olunub.

Çarli Şin

Amerikalı aktyor çıxışlarının birində "damarlarımdan pələng qanı axır" deyərək, toxunulmaz olduğunu açıqlayıb. O, lovğalanmaqla kifayətlənməyib və Çak Lorreni təhqir edib, buna görə də işdən çıxarılıb. İşlətdiyi ifadələrin əvəzini karyerası ilə ödəyib və heç bir ekran işindən təklif almayıb.

Mixail Efremov

Rusiya Federasiyasının Əməkdar artisti Mixail Efremovun karyerası alkoqol asılılığı səbəbindən məhv olub. O, 2020-ci ildə sərxoş halda sükan arxasına keçib və səfər faciə ilə başa çatıb. Avtomobil qarşıdan gələn zolağa çıxıb və digər maşınla toqquşub. Nəticədə avtomobilin sürücüsü xəstəxanada həlak olub. Bu səbəbdən aktyor yeddi il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Kanye Uest

Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur, milyarder reper Kanye Uestin xüsusən son zamanlar buraxdığı səhvləri sadalamaq üçün yəqin ki, böyük bir məqalə kifayət etməz. Pərəstişkarlarına, paparatsilərə hücum edən, rəqib şirkətlərlə yaşadığı qalmaqallar, şəxsi həyatı ilə gündəmdən düşmək bilməyən reper son vaxtlar yalnız bu tip xəbərlərlə yada düşür. Onun son açıqlamaları bir çox brendin onunla olan çoxmilyonluq reklam müqavilələrini pozması ilə nəticələnib.