“Bəzi insanlar şayə yaydılar ki, Bilal İngiltərəyə gedib, yəqin ki, qayıtmayacaq...”

“Bəzi insanlar şayə yaydılar ki, Bilal İngiltərəyə gedib, yəqin ki, qayıtmayacaq...”

25 Fevral 2023 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

“Londona inglis dili kursuna gəlmişəm. Hazırda intermediya səviyyəsini bitirmişəm, gəlmişəm ki, imtahan verim. Burada iki həftəlik kurs keçəcəm. Allah qismət edərsə, mart ayının 6-da vətənə qayıdacam. Mən Azərbaycanda da inglis dili kursu keçmişəm, amma fikirləşdim ki, inglis dilinin doğma yeri İngiltərədir. Dedim ki, bir balaca gəlim burada da öyrənim. Çünki Amerikadakılar inglis dilində bir az fərqli danışırlar. Başqa ölkələrdə də həmçinin. İngiltərədə əsl inglis dilində danışırlar”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib.

“İnsan doğulandan ölənə qədər öyrənməlidir. Onun 90, 100 yaşı da olsa insan hər gün öyrənir. Mən də çalışıram ki, nəsə öyrənim. Çünki bu mənə lazımdır. Əslində çox illər əvvəl mən inglis dilini öyrənməli idim. 6 il bundan əvvəl mən başladım öyrənməyə. 8 dəfə İngiltərəyə kurs keçmək üçün gəlmişəm. Pandemiyada yollar bağlanandan sonra gəlib gedə bilmədim. İnglis dili dünyəvi bir dildir. Bülbül kimi cəh-cəh vurub zəngulələr edəndə, ustadım Rəşid Behbudovla bərabər bütün dünyada Azərbaycan musiqisini təbliğ edəndə gedib otellərdə qalırdıq, mağazalara gedirdik. Heç birimiz inglis dilini bilmirdik. İnsanlarla ünsiyyət qurub, danışa bilmirdik. Şükür Allaha, inglis dilini bilirəm. O vaxt oteldə bir şey lazım olanda, məcbur idim bir tərcüməçi tapım, ona başa salım ki, mən filan şeyi istəyirəm. Heç nəyi bilmirdik, mat-məəhtəl qalırdıq. Artıq çox sevinirəm ki, ölkəmizdə də bu dilə həvəs artıb. Bəzi insanlar şayə yaydılar ki, Bilal İngiltərəyə gedib, yəqin ki, qayıtmayacaq. Mən vətənimi heç yerə dəyişmərəm. Qurban olum vətənimə, Azərbaycan mənim üçün doğma yerdir” deyə sənətkar bildirib.

Xalq artisti arzularından da danışıb.

“Azərbaycanı və xalqımızı xoşbəxt görmək istəyirəm. Bütün qaçqın və məcburi köçkünlərin hamısının öz yurdlarına dönməsi və mənim də onlar üçün konsertlərdə çıxış etməyim ən böyük arzumdur. Parlaçanmış xalqımızı və torpağımızı bütöv görmək istəyirəm” deyə xalq artisti bildirib.