Ledi Qaqa məhkəməyə verilib. Ondan 1,5 milyon dollar tələb edilir

Ledi Qaqa məhkəməyə verilib. Ondan 1,5 milyon dollar tələb edilir

5 Mart 2023 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

İki il əvvəl itləri oğurlanan amerikalı müğənni Ledi Qaqa onu tapan şəxsə 500 min dollar mükafat verəcəyini açıqlamışdı.

Bundan sonra isə Cennifer Makbrayd adlı qadın ona zəng edərək itləri tapdığını bildirmiş və ondan həmin mükafatı tələb etmişdi. Polisin araşdırmasından sonra isə qadının itləri qaçıran dəstə ilə əlbir olduğu üzə çıxmışdı.

İndi isə Cennifer Makbray Ledi Qaqanı məhkəməyə verib. O, müğənninin şərtlərini yerinə yetirdiyini və heyvanları ona qaytardığı üçün 1.5 milyon dollar tələb edir.

Qeyd edək ki, hakim Qaqanın itlərini oğurlayan və köməkçisini güllələyən şəxsi 21 il müddətinə azadlıqdan məhrum edib.axşam.az