"Təhminə" Fəxrəddin Manafovla eşq yaşaması xəbərindən danışdı- Video

"Təhminə" Fəxrəddin Manafovla eşq yaşaması xəbərindən danışdı- Video

4 Mart 2023 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli aktrisa, tamaşaçılara "Təhminə" filmindən tanış olan Meral Konrat yenidən Azərbaycanda filmə çəkilib.

Oxuməni.az xəbər verir ki, aktrisa "Elçilik" filmində rol alıb. "Elgizlə izlə" verilişində qonaq olan Konrat Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb. Aktrisa "Təhminə" filmindən sonra eşq yaşadığınız iddia edildi. Bu haqda heç vaxt danışmamısınız" sualına belə cavab verib:

"Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq, onu çox sevirəm. Subayam, evlənmək istəyən namizədlərimi gözləyirəm".

Qeyd edək ki, Rasim Ocaqovun rejissorluq etdiyi "Təhminə" filmi 1993-cu ildə lentə alınıb. Film yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb.

Axşam.az