"Azərbaycanda müğənnilikdən daha çox qazanmaq olur"

"Azərbaycanda müğənnilikdən daha çox qazanmaq olur"

4 Mart 2023 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

"6 ay "Bacanaqlar"a çəkilmişəm. Elməddin Cəfərov mənə maaş verirdi. Aktrisalıq çox çətindir. Müğənnilik ona baxanda daha rahatdır. Həm də Azərbaycanda müğənnilikdən daha çox qazanmaq olur".

Oxuməni.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xatun Əliyeva deyib. Bu günlərdə tamaşaçıların qarşısına aktrisa kimi çıxmağa hazırlaşan ifaçı bildirib ki, müğənnilər daha çox qazanır:

"İstəyirəm həyatda maraqlı işlə məşğul olum, başım qarışsın. Belə ortamda filmə çəkilməyə ehtiyacım var idi. Buna görə də dedikləri məbləğlə razılaşdım. Meral Konratla müqayisədə məndə azdır. O, yüksək məbləğə gəlib çəkildi. Pulsuz heç nə olmur".

Oğlunun toyundan danışan Xatun Xalq artisti Aygün Kazımovanın məclisə gəlməsindən söz açıb:

"Aygün Kazımovanın mənə jesti yaradıcılığımda mənə təkan verdi. Məni qadın və ana olaraq dəstəklədi. Balaşdan sonra məni sosial şəbəkədə izləməyə aldı. Dedilər, oğlumun toyu üçün qonorar alıb. İnsanın haqqına girmiş olarsınız. Hətta hədiyyə almaq istədim, icazə vermədi. Bir dəfə Dilarə Əliyevanın verilişində ona hədiyyə göndərdim. Orada təəccüblənib və geri qaytarmaq istəyib ki, o, haradan alır? Qıymayıb mənə. Biz hamımız geyinməyi, taxıb-taxışdırmağı ondan öyrənmişik".

Qardaşı Balaşı itirən Xatun ondan danışarkən göz yaşlarını saxlaya bilməyib. Sənətçi səhhətində ciddi problemlər yarandığını deyib:

"Onun vəfatından sonra həyatımda hər şey dəyişdi. Balaşdan sonra necə yaşadığımı bilmirəm. İşləməyə məcbur idim, ailəmə görə. Səhhətimdə böyük problemlər yaşandı. Üsyan edirdim, Allah sınağa çəkdi. Səsimi itirə bilərdim, o vəziyyətdə idim. Həkim məni heç yerə qoymurdu. Oruc tutmuşdum, həkim dedi, səs tellərin qəhərdən zədələnib. Bir yandan da toylar yazılmışdı, pul da lazımım idi. Böyük bir sınaq idi. Bir il mən yatmamışam, dərman da içmirdim. Həm stres, həm qəhər səsimə təsir edirdi. Allah 40 gün Balaşa möhlət verdi ki, bu dünya ilə vidalaşsın. Həmin ərəfədə çarəsizliyi gördüm. O vaxta yanıram".

Qeyd edək ki, Xatun bu günlərdə "Elçilik" adlı filmdə çəkilib.