“Sənətimi də, sazımı da qəbul edən şəxslə ailə həyatı quraram, insan var, deyir ki...”

“Sənətimi də, sazımı da qəbul edən şəxslə ailə həyatı quraram, insan var, deyir ki...”

8 Mart 2023 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

“Sevgi şeirləri deyirəm deyə, bu o demək deyil ki, kiməsə sevgim olmalıdır. Ataya, anaya, vətənə sevgi ola bilər. Mütləq şəkildə bu sevginin ünvanı əks cins olmalı deyil ki! Sevgisiz insan yaşaya bilər?! Şeiri demək üçün onu içimdən keçirməliyəm, yaşamalıyam. Onu boğazdan yuxarı deyə bilmərəm. Şeiri yazanlara deyirəm ki, sən bu hissləri yaşamısan, amma mən də bu şeiri deməklə o hissləri artıq yaşayıram. Şairə Sədaət Buta mənə həyatını danışandan sonra o qədər ağlamışam ki.. O bu hissləri, bu həyatı yaşayıb. Səsləndirdiyim şeirlərin çoxunun müəllifi odur”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq Telli Borçalı deyib.

“O vaxt toylarımız bir başqa cür keçirdi. Bizim Borçalı məclisləri bir başqa cür idi. Aşıq Kamandar kimi gözəl dastan danışan aşığımız var idi. Dastanı dastan kimi danışmaq lazımdır. Dastanı ən maraqlı yerində yarımçıq saxlayıb, deyirdi ki, sabah danışacam. Toylar 3 gün 3 gecə keçirilirdi. Sabah eyni saatda hamı mağara yığılırdı. İndi nə dastan danışan var, nə də ki, o toylardan qalıb. Bəlkə də informasiya qıtlığı var idi deyə biz oturub onlara qulaq asırdıq, özümüzü o dastanların içində hiss edirdik. Bu gün hər kəs toya öz repertuarı ilə gedir. “Baş sarıtel” gözəl aşıq havasıdır. Bəzən toylarda oxuyuruq. Biri gəlib deyir ki, “xahiş edirəm bir az oynaq hava ifa edin”. Toylarda lirikanı sevmirlər” deyə aşıq bildirib.

Aşıq Telli konsert verməməsinin səbəblərindən də danışıb.

“Mənə çox təklif ediblər. Gərək 2-3 ay sənətinlə məşğul olasan, yeni mahnılar, şeirlər yazdırasan. Buna da bir az vaxt olmur. Çünki toylarımız, efirlərimiz çox olur. Bütün günü qaça-qaçda oluram” deyə aşıq bildirib.

“Necə bir bəylə ailə həyatı qurmaq istərdiniz?” sualına isə Telli Borçalı belə cavab verib.

“Sənətimi də, sazımı da qəbul edən bir şəxslə ailə həyatı quraram. İnsan var ki, deyir ki, evlənəndən sonra saz ifa etmə. İnsan da var ki, imkanlıdır, varı-dövləti var. Amma mən saz ifa etmədən dayana bilmərəm” deyə o bildirib.