Pul ödəyərək məhşur modelyerin həyatını izləyə bilərsiniz

Pul ödəyərək məhşur modelyerin həyatını izləyə bilərsiniz

17 Mart 2023 09:44
Bəyəndim (0) Bəyənmədim (0)

Məhşur modelyer Şeyma Subaşı özünə yeni gəlir mənbəyi tapıb. “Miss Türkiyə” yarışmasının qalıbi Şeyma Subaşı Ayda 66,99 TL abunəlik qarşlığında şəxsi həyatını internetdə sərgiləyir.

3 milyona yaxın adamın izlədiyi fenomen Şeyma Subaşı buna yeni gəlir mənbəyi kimi baxır. Tezliklə nikah masasına əyləşəcək Şeyma Subaşı bundan sonra pul qarşılığında şəxsi həyatını sosial şəbəkədə nümayiş etdirəcək. Məşhur fenomen Şeyma Subaşı istifadəçilərə ödənişli abunə hüququ verilən tətbiqdən Türkiyədə ilk istifadə edənlərdən biri oldu. Şeyma Subaşının şəxsi həyatını izləməyin qiyməti ayda 66,99 lirədir. Bu pulu ödəyib abunə olanlar üçün Subaşı canlı video və eksklüziv fotolar paylaşacaq.

Xatırladaq ki, Şeyma Subaşı 1990-cı ildə İstanbulda anadan olub. Təhsilini İstanbul Aydın Universitetinin Moda Dizaynı ixtisası üzrə bitirib. 16 yaşından modelliklə məşğuldur.

2008-ci ildə "Miss Türkiyə" yarışmasına qatılıb, lakin diplom ala bilməyib. 2008-ci ildə “Var Mısın Yok Musun” yarışmasına qatılıb və prodüser Acun Ilıcalı ilə münasibətə başlayıb...

Murad Şahməmmədov