Müğənnidən 1,25 milyon tələb etdilər

Müğənnidən 1,25 milyon tələb etdilər

17 Mart 2023 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva Arbitraj Məhkəməsi Valeri Meladzenin Arxangelskdə konsertini təşkil edən “Your Concert” Arxangelsk şirkətinin iddiasını qeydə alıb. Rusiya mətbuatına istinadən verilən xəbərdə, təşkilatçılar ləğv edilən konsert üçün müğənnidən 1,25 milyon rubl tələb ediblər.

İddia məhkəməyə martın 14-də verilsə də, hələ də baxılmaq üçün qəbul edilməyib. Konsert 2022-ci ildə keçirilməli idi, lakin bir neçə dəfə təxirə salınmışdı.

Xatırladaq ki, Meladze Dubayda korporativ Yeni il çıxışında ukraynalı millətçilərin şüarını səsləndirdikdən sonra qalmaqala düşüb. Sənətçinin bu hərəkəti Dövlət Dumasında tənqid olunub.

Murad Şahməmmədov