Rihannayla evlənmək istəyən pərəstişkarı saxlanıldı

Rihannayla evlənmək istəyən pərəstişkarı saxlanıldı

25 Mart 2023 13:42
Bəyəndim (0) Bəyənmədim (0)

İkinci övladına hamilə olan barbadoslu müğənni Rihannanın evinin yaxınlığında pərəstişkarı həbs edilib.

Cənubi Karolinadan olan fanat Rihannanı görmək üçün onun evinə gedib. Lakin pərəstişkarı Rihanna yox, mühafizəçi qarşılayıb.

Fanat polislərə etiraf edib ki, Rihannaya evlilik təklifi etmək üçün evinə gəlib.

Hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra həmin şəxs sərbəst buraxılıb.

Qeyd edək ki, Rihanna hazırda reper Eysap Roki (Rakim Mayers) ilə nişanlıdır. Cütlüyün ötən ilin mayında oğlu dünyaya gəlib. Axşam.az