Nənəsinin ölümü müğənniyə pis təsir edib

Nənəsinin ölümü müğənniyə pis təsir edib

27 Mart 2023 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Zəlzələnin böyük dağıntılara səbəb olduğu Hatayda 10 qohumunu itirən Türkiyə əsilli holland müğənni Karsu dağıntılar altından çıxarıldıqdan sonra müalicəyə aparılan nənəsinin ölümü ilə çox kədərlənib. Məşhur müğənni üzücü xəbəri sosial media hesabında açıqlayıb.

Kahramanmaraşda baş verən və 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 bal gücündə iki zəlzələ bütün Türkiyəni sarsıdmaqda hələ də davam edir. Çox sayda vətəndaşın həyatını itirdiyi böyük fəlakətin fəsadları davam etməkdədir.

Tanınınmış müğənni Karsu dağıdıcı zəlzələdən sonra Hatayda yaşayan qohumlarını itirib. Müğənni dağıntılar altından sağ çıxan nənəsinin yaşamasına sevinsə də sonradan onun ölümü Karsuya pis təsir edib.

Ailəsi və yaxınları üçün yardım kampaniyaları təşkil edən Karsu nənəsinin acı xəbəri ilə məyus olub. Kədərli xəbəri sosial media hesabından açıqlayan Karsu paylaşdığı fotoların altına “Allah rəhmət eləsin, nənəmə” qeydini atıb.

Murad Şahməmmədov