Bella Hadidin üzündə problem yaranıb

Bella Hadidin üzündə problem yaranıb

8 Aprel 2023 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyaca məşhur fələstinli model Bella Hadidin üzündə problem yaranıb.

Oxuməni.az xəbər verir ki, 2012-ci ildə "Lyme"dən əziyyət çəkən model dişini müalicə etdirdikdən sonra yaranan fəsadlar səbəbindən xəstəliyinin pisləşdiyini deyib. Onun sözlərinə görə, dişinin sinir kanalında infeksiya inkişaf edib və ağrı bütün bədəninə yayılıb.

Hadid bu səbəbdən üzünün çox vaxt yaxşı görünmədiyini, dərisində səpgilərin yarandığını əlavə edib:

"Güzgüyə baxmağa və ya şəkil çəkdirməyə nifrət edirəm, xüsusən də son vaxtlar. Üzümü görməkdən bezmişəm. Özünü xəstə hiss edəndə və eyni görünəndə işini görmək də çətindir".

Model son olaraq 4 həftədir əməliyyata hazırlaşdığını və xəstəliyini izləyiciləri ilə bölüşmək istyədiyini söyləyib.

Qeyd edək ki, Hadid bir müddət əvvəl spirtli içki asılılığı ilə mübarizə apardığını və 5 aydır alkoqol qəbul etmədiyini açıqlamışdı.

Axşam.az