48 yaşlı Leonardo Di Kaprio, 28 yaşlı ingilis televiziya aparıcısı ilə münasibət qurur

48 yaşlı Leonardo Di Kaprio, 28 yaşlı ingilis televiziya aparıcısı ilə münasibət qurur

4 Aprel 2023 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Hollivud aktyoru Leonardo Di Kaprio Britaniyanın "Sevgi adası" televiziya şousunun aparıcısı Maya Cama ilə görüşür.

Bu barədə The Sun-un yaydığı məlumatda deyilir.

Nəşrin yazdığına görə, 48 yaşlı Di Kaprio 28 yaşlı Cama ilə dostları vasitəsilə tanış oldu, bundan sonra ona romantik bir jest olaraq gül göndərdi. Cütlük ilk dəfə Londonda bir məclisdə birlikdə göründü, sonra Nyu-Yorka səfər etdilər. Yenidən Avropaya qayıdan Leo və Cama Parisdəki le Piaf Club yaxınlığında dost məclisində bir araya gəldilər.

"Leo və Maya daim təmasdadırlar və artıq bir neçə görüş keçiriblər. Hər ikisi bu yaxınlarda bir araya gələrək görüşməyə başladılar. Onlar bir-birləri ilə vaxt keçirir və münasibətlərinin gələcəkdə necə davam edəcəyini müəyyən etməyə çalışır və bir-birlərinə uyğunlaşmağa can atır və xoş günlər keçirirlər",- deyə The Sun yazır.

The Sun onu da qeyd edib ki, Di Kaprio və Jama fərqli ölkələrdə yaşayırlar və hər ikisi uzun məsafədən münasibətlər qurmağın nə qədər çətin olduğunu bilirlər. Hələlik onların bu alovlu sevgilərinin nikah mərasiminə gətirib çıxarıb-çıxarmayacağı məlum deyil.

Keçən il Leonardo Di Kaprio sevgilisi model Camilla Morrone ilə ayrıldı. Bundan sonra aktyor amerikalı supermodel Gigi Hadid və israilli gənc model eden Polani ilə romantik sevgi həyatı yaşadı.

Murad Şahməmmədov