Dörd qadınla imam nikahım var

Dörd qadınla imam nikahım var

17 Aprel 2023 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

“Dörd qadınla imam nikahım var” deyən müğənni Sinan Akçıl bir çoxlarını şoka salıb.

“İmam nikahını sevirəm. 4 arvadım var, heç birinə “azad ol” deyə bilmərəm" sözlərini işlədən Sinan Akçıl sosial şəbəkələrdə gündəm olub.

Şəxsi həyatı ilə adından söz etdirən Sinan Akçıl imam evliliyi ilə bağlı dediyi sözlərlə bir çoxlarının diqqətni çəkməyi bacarıb. Daha əvvəl 4 dəfə imam nikahı etdiyini, lakin arvadlarına “boş ol” deyə bilmədiyini deyən müğənni tənqidlərə cavab da verib.

Şərhlərə əsəbiləşən Akçıl Twitter hesabında paylaşım edərək, "Bu dini toy xəbərləri məni bezdirməyə başlayıb. Vallah biz dünyəvi ölkədə yaşayırıq və inancıma görə onlardan biri də rəsmi nikahlı keçmiş həyat yoldaşımdır. Ömrüm boyu cəmi 4 qadınla belə etmişəm və bundan incimirəm. Hər kəsin dəyər verdiyi insanla yaşamaq üçün seçdiyi yol özünə aiddir" deyə bildirib.

Murad Şahməmmədov