Məhşur türk müğənnisi Hadisə hamam otağından yeni görüntülərini yayımladı
Yeni "Fəryad" mahnısını izləyicilərinə təqdim edən Hadisə klipində fərqli üslubu ilə diqqət çəkib. 3 gün əvvəl işıq üzü görən mahnısının musiqi siyahılarında birinci yerə yüksəldiyini açıqlayan Hadisə hamam otağında yeni görüntülərini paylaşaraq pərəstişkarlarına təşəkkür edib.
Mehmet Dinçerler ilə qısa müddətli evliliyi ilə adından söz etdirən Hadisə şəxsi həyatı ilə yanaşı mahnıları ilə də ad çıxarır. "Fəryad" adlı mahnısını tamaşaçılara təqdim edən Hadisə pərəstişkarlarının ona göstərdiyi marağa görə təşəkkür edib.
Yeni mahnısının çəkilişləri üçün hamam otağında yarıçılpaq vəziyyətdə poza verən Hadisə, mahnısının qısa müddətdə siyahıların başında olmasından dolayı təbriklər alıb. 14,4 milyon izləyicisi olan instaqram hesabından yeni görüntülər yayımlayan Hadisə, "Mənim hisslərimin, səsimin və ağlamağımın izləyicilərim arasında paylaşılacağını bilirdim! Bu qədər qısa zamanda "Fəryad" mahnısını 1 nömrəyə daşıdığınız üçün sizlərə sonsuz təşəkkürlər" deyib.
Oxumeni.az































































































