Hadisənin məşhur reperlə gecə əyləncəsi

Hadisənin məşhur reperlə gecə əyləncəsi

21 Aprel 2023 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Keçən il "İmdat" adlı duet ifa edən müğənni Hadisə ilə reper Murda dünən gecə Bebekdə görüntüləniblər.

Türkiyə mediası xəbər verir ki, restorandan çıxarkən ulduzlar jurnalistlərin suallarını cavablandırıblar. Hadisə bildirib ki, Murda ilə yeni duet oxumağa hazırlaşırlar.

"Bu gün çox danışmayacağam. İşiniz avand olsun", deməklə kifayətlənən müğənni daha sonra avtomobilinə minərək restorandan uzaqlaşıb.

Lakin məlum olub ki, cütlük Kuruçeşmədəki kluba gedib və gecə orda əylənməyə davam ediblər.

Publika.az